Bu gün Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Hərbi, Hərbi Hava və Hərbi dəniz attaşesi baş polkovnik Jyan Çuanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud hərbi əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla Çin arasında mövcud hərbi əlaqələr müzakirə edilib
Səfər Əbiyev Çin Silahlı Qüvvələrinin Hərbi, Hərbi Hava və Hərbi dəniz attaşesini qəbul edib.




Şərhlər