Siyasət

Azərbaycanın Çindəki səfirindən bayraq jesti

Yaşar Əliyev Azərbaycan bayrağının əksi olan nişanını türkiyəli həmkarının yaxasına taxıb

· Xəbərçi
Azərbaycanın Çindəki səfirindən bayraq jesti
Türkiyənin Respublika bayramı münasibətilə Pekindəki səfirliyində təşkil etdiyi qəbula qatılan Azərbaycanın Çindəki səfir Yaşar Əliyev Türkiyə bayrağını əks etdirən nişan taxıb. Səfir Yaşar Əliyev həmkarı, Türkiyə səfiri Murad Salim Əsənli ilə görüşərkən yaxasındakı Azərbaycan bayrağının əksi olan nişanını Əsənlinin yaxasına, onun yaxasındakı Türk bayrağı nişanını isə öz yaxasına taxıb.

Qəbula eyni zamanda İsrail, İran və Ermənistan səfirləri ilə yanaşı digər ölkələrin səfirləri və hərbi attaşeləri də qatılıb.
ANSPRESS

Şərhlər