Siyasət

Azərbaycan Vyetnam arasında sənədlər imzalandı

Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub. İmzalanma mərasimi iki ölkə arasında geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra baş tutub.

· Xəbərçi
Azərbaycan Vyetnam arasında sənədlər imzalandı
ANS PRESS-in məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər naziri Pham Binh Minh imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Vyetnamın maliyyə naziri Dinh Tien Dung imzalayıblar.

Şərhlər