Azərbaycan prezidentinin Fransaya səfəri başa çatdı
10 Dekabr 2009 Cümə Axşamı 03:45
Onu Parisin “Orli” Beynəlxalq hava Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri başa çatıb. Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq hava limanında Prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Prezident İlham Əliyev artıq Bakıdadır. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar