AŞ PA məruzəçisi Azərbaycana gələcək
04 May 2009 Bazar Ertəsi 11:40
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Azərbaycan və Ermənistana səfər edəcək.
APA-nın AŞ-nin rəsmi sayına istinadın verdiyi məlumata görə, məruzəçi Con Qrinvey mayın 4-dən 8-dək Azərbaycan və Ermənistanda olacaq.

Məruzəçi səfərin yekunlarına dair “Avropada uzun müddətli məcburi köçkünlərin hüquqlarının müdafiəsi” adlı hesabat hazırlayacaq.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sənan Hüseynov APA-ya C. Qrinveyin Azərbaycana səfər edəcəyini təsdiqləyib. Komitədə C. Qrinveylə görüşün mayın 7-nə nəzərdə tutulduğunu bildirən şöbə müdirinin sözlərinə görə, məruzəçiyə qaçqın və məcburi köçkünlərin vəziyyət barədə Azərbaycan hökumətinin məlumatları çatdırılacaq.

Məruzəçi, həmçinin, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalara və yeni salınmış qəsəbələrə baş çəkəcək, onların vəziyyəti ilə yerində tanış olacaq.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar