Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan, Avropa Birliyi və NATO nümayəndələrinin iştirakı ilə ikigünlük siyasi təhlükəsizlik sahəsində məsləhətləşmələr öz işinə başlayıb. Məsləhətləşmələr çərçivəsində konfransın keçirilməsi də nəzərdə tutulur. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun ANS-ə verdiyi məlumata görə tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Avropa Birliyinin Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi, NATO-nun region üzrə xüsusi nümayəndəsi Robert Simmons, eləcə də Avropa Komissiyanın nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanın NATO və Avropa Birliyi ilə münasibətləri, eləcə də enerji təhlükəsizliyi və dondurulmuş münaqişələr müzakirə edilir./ANS PRESS/