Z.Səmədzadənin sözlərinə görə, proqramın yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.
«Antiböhran tədbirlərinin əsas xətti bu gün zəruri olmayan, əhalinin sosial maraqlarına xidmət etməyən bəzi layihələr üzrə xərclərin azaldılmasından ibarət olacaq», - deyə Z.Səmədzadə vurğulayıb.
Komissiya sədri proqramda dünya iqtisadi böhranı ilə əlaqədar qabaqlayıcı tədbirlərin əksini tapacağını qeyd edib.
Antiböhran proqramı hazırlanır
Azərbaycan hökuməti antiböhran tədbirləri proqramı hazırlayır. Bu barədə «APA-ECONOMICS»ə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.




Şərhlər