Abdulla Gül və İlham Əliyev telefonla danışıblar
21 Oktyabr 2009 Çərşənbə 15:05
Prezidentlər Abdulla Gül və İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin soyuması ilə bağlı mənzərənin yaranmasını yanlış hesab ediblər.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezideti Abdullah Gül bu gün telefonla danışıblar. Telefon söhbəti zamanı Türkiyə prezidenti əvvəlcə ABŞ prezidneti Barak Obama və Rusiya prezidenti Dimitri Medvedevlə Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə bağlı söhbətləri barədə İlham Əliyevə məlumat verib.

Məlumata görə, hər iki prezident Türkiyə-Azərbaycan münasibətlərinin soyuması ilə bağlı mənzərənin yaranmasını yanlış hesab ediblər. CNN Türk-ün Türkiyə prezidentinin ətrafındakı mənbələrə istinadən verdiyi məlumata görə, ölkələr arasında yaranmış yanlış anlaşılma aradan qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar