Abdulla Gül Azərbaycan millət vəkilləri ilə görüşüb
16 Aprel 2009 Cümə Axşamı 16:45
Mətbuata qapalı keçirilən görüş 45 dəqiqə davam edib

 

Türkiyə prezidenti Abdulla Gül bu gün Azərbaycanın qadın millət vəkillərini qəbul edib. Çankaya Köşkündə mətbuata qapalı keçirilən toplantı 45 dəqiqə davam edib. Türkiyə mətbuatının məlumatına görə,  görüşdə Türkiyə Böyük Millət Məclisinin üzvü Şenol Bal da iştirak edib.

 Xatırladaq ki, Milli Məclisin qadın deputatları Gülər Əhmədova, Lalə Abbasova, Aynur Quliyevanın və Qənirə Paşayevanın  daxil olduğu  parlament nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin üzvü, Türk Dünyası Qadınlar Birliyi Təşkilatının sədri Şenol  Balın dəvəti ilə  aprelin 14-dən Türkiyəyə səfər edib. Səfər çərçivəsində qadın deputatlarımız Atatürkün məzarını ziyarət edib.

Azərbaycanlı qadın deputatlar Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və Cumhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykalla da görüşüblər.

Türkiyə-Ermənistan əlaqələri ilə bağlı narahatlıq doğuran məsələlər Türkiyənin qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə də müzakirə olunacaq. Səfər aprelin 18-də başa çatacaq./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar