Türkiyə səhiyyə nazirliyi son vaxtlar arıqlama preparatları və pəhrizə görə ölümlərin çoxaldığını bildirərək belə dərmanlara qarşı xəbərdarlıq edib. Açıqlamada köklüyün hökmən həkim nəzarətində müalicə olunmalı xəstəlik olduğu bildirilib: “Yay mövsümündə az vaxt ərzində nəticə əldə etmək məqsədilə insanlar arıqlamaq üçün bilmədikləri yollara müraciət edirlər. Xüsusilə də bunun üçün olan dərman və preparatların sağlamlığa mənfi təsir edəcəyi unudulmamalıdır”.
Açıqlamada bahalı olan belə dərmanların bəzən ölümə qədər aparacaq əks təsirləri olduğu da bildirilib: “Arıqlamaq üçün olan dərmanlar əsla necə gəldi istifadə olunmamalıdır. Həkim məsləhəti və nəzarətində olmalıdır. Yaddan çıxmamalıdır ki, belə dərmanlar baha olsa da əks təsirləri də bəzən çox olur. Bu kimi dərmanların səhiyyə nazirliyi tərəfindən təsdiq olunması da əhəmiyyətlidir. Əks halda ölümə qədər aparacaq ciddi problemlər yarada bilər”. ANSPRESS
Türkiyənin səhiyyə nazirliyi arıqladıcı preparatlara qarşı xəbərdarlıq edib
Açıqlamada köklüyün hökmən həkim nəzarətində müalicə olunmalı xəstəlik olduğu bildirilib.




Şərhlər