Şokoladın daha bir faydası üzə çıxdı
05 Sentyabr 2011 Bazar Ertəsi 15:50
Şokolad infarkt və damar xəstəliklərinə qarşı qoruyucu ola bilər.
İnsanların, xüsusilə qadınların və uşaqların vazkeçilməz şirniyyatı olan şokoladın daha bir faydası üzə çıxıb. Şokolad infarkt və damar xəstəliklərinə qarşı qoruma funksiyasını da həyat keçirir.
İngiltərənin Kembric Universitetinin elm adamlarının apardıqları araşdırmaya görə, yüksək miqdarda kakao tərkibli qidalardan istifadə edənlərdə infarkt olma və ya damar xəstəliyinə tutulma riski digərləri ilə müqayisədə 37 faiz azdır. Bundan əlavə şokolad yeyənlərin iflic olma təhlükəsi də 29 faiz aşağıdır.
Araşdırma 114 min insan haqqında məlumatların tədqiqi ilə aparılıb. Ancaq alimlər bu sahədə daha geniş miqyaslı araşdırmaya ehtiyac olduğunu bildirib və yüksək kalorililiyi ilə bağlı şokoladdan ehtiyatla istifadə etməyi məsləhət görüblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: