Qurban bayramında qanvermə aksiyası
04 Noyabr 2011 Cümə 21:59
“Nikoyl Bank”ın əməkdaşları talassemiyalı uşaqları dəstəklənməsi məqsədi ilə donor aksiyasını keçiriblər.
“Nikoyl Bank”ın bütün şəhər filiallarının və mərkəzi ofisinin əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqların dəstəklənməsi məqsədi ilə keçirilən ənənəvi donor aksiyasında iştirak edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində həyata keçirilən aksiya bu dəfə müqəddəs Qurban bayramı ilə bağlı olub. Bankın bu ənənəsi 2006-ci ildən başlayıb və ildə iki dəfə baş tutur.
Qeyd edək ki, noyabr ayında Azərbaycanın Konstitusiya bayramı günü münasibəti ilə bankın əməkdaşları arasında iməcliyin keçirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu bayram günündə bankın işçiləri paytaxtın Xəzər rayonunun ərazisində ağacəkmə kampaniyası keçirəcək.
DOSTLARINLA PAYLAŞ: