Qəlyan siqaretdən də zərərlidir
26 Avqust 2009 Çərşənbə 02:35
Qəlyan orqanizm üçün siqaretdən də zərərlidir,Bu nəticəyə qəlyanla bağlı araşdırma aparan britaniyalı alimlər gəliblər
Son vaxtlar Avropa ölkələrində də geniş yayılmış qəlyan insan orqanizmi üçün zərərlidir. “Reuters” agentliyi xəbər verir ki, bu nəticəyə qəlyanla bağlı araşdırma aparan britaniyalı alimlər gəliblər. Tədqiqat Böyük Britaniya Səhiyyə Nazirliyi və Tütündən istifadəyə nəzarət Mərkəzi birgə keçirilib.
Araşdırmalar göstərib ki, qəlyan çəkən adam o qədər böyük miqdarda dəm qazı udur ki, elə bil avtomobildə işlənmiş qazın çıxdığı boru ilə nəfər alır. Böyük Britaniya Shəiyyə Nazirliyinin nümayəndəsi Pol Huper bildirib ki, bir dəfə çəkilən qəlyanda dəm qazı bir siqaretdən beş dəfə çox olur. O, hamilə qadınla bağlı nümunə də gətirib. Pol Huperin sözlərinə görə, siqaret tüstüsündən qaçmaq istəyən qadın qəlyan çəkməyə başlayıb. Lakin onun müayinəsi zamanı orqanizmində çoxlu siqaret çəkən insanın orqanizmindəkində də çox yanmış oksid karbonu


DOSTLARINLA PAYLAŞ:

oyunlar