Qadağan olunmuş dərman
20 Noyabr 2010 Şənbə 06:00
Dərmanı istehsal edən firma isə bu iddialara etiraz edərək bu fikirlərin ehtimallarla ortaya atıldığını deyib
Fransada “Sağlamlıq məhsullarının təhlükəsizliyi” qurumu istifadəsi qadağan olunmuş “Mediator” (Benflourex) adlı dərmanın satışda olduğu 33 il ərzində təxminən 500 nəfərin ölümünə səbəb ola biləcəyini açıqlayıb. Qurum 2006 – 2009-cu il tarixlərdə bu dərmandan istifadə edənlərə ürək klapanları probleminə qarşı həkimə getməyi məsləhət görüb.

Qeyd edək ki, “Benflourex” (Fransa bazarında adı “Mediator) adlı dərman 1976-cı ildən bu ölkədə qadağan olunsa da 2009-cu ilə qədər 5 milyon insan bu dərmandan istifadə edib.

Dərmanı istehsal edən firma “Servier” isə bu iddialara etiraz edərək bu fikirlərin ehtimallarla ortaya atıldığını deyib. Firma, onsuzda əhalinin 2.5 faizində ürək klapanı problemi olduğunu bildirib, bu xəstəliyin firmanın dərmanı səbəbilə meydana gəldiyinə dair məlumat olmadığını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar