Ölkə mağazalarında 660 kq saxta ərzaq aşkar edilib
17 Yanvar 2011 Bazar Ertəsi 15:45
Saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Xətai rayonunda
General Şıxlinski küçəsində yerləşən “Ruzi market”də, “Odlar Yurdu market”də, “Anar market” və “Aynur market”də,
N.Tusi küçəsində Vəfa Novruzovaya və Əkbər Uzakova məxsus mağazalarda,
Sadıqcan küçəsindəki “Mərhəmət market”də, “İlahə market”də və “Ruslan İdman Sağlamlıq Mərkəzi” MMC-yə məxsus mağazada,
Cavanşir küçəsində yerləşən “Bolluq market”də, “Nigar market”də və “MF market”də,
Q.Məmmədov küçəsindəki “Bahar market”də,

Masallı şəhərində
Digah küçəsində Rafiq Abışova məxsus mağazada,

Tovuz şəhərində
H.Aslanov küçəsində PeymanVəliyevə və İnarə Həsənovaya məxsus mağazalarda,

Mingəçevir şəhərində
Xətai küçəsi, 9 ünvanında “Ərzaq-56” mağazasında,
C.Əliyev küçəsindəki “İlti market”də,

ümumi çəkisi 660 kiloqramdan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar