İtaliyada eşşək südünə rəğbət çoxalıb. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, son günlər ölkədə eşşək südünə tələb çoxalıb. Mütəxəssislər isə, inək südünə allergiyası olanların eşşək südü içə biləcəyini bildirir. İtaliyanın Bolonya şəhərində isə fermalardan birində istehsal olunan eşşək südünün yarısından çoxu uşaq xəstəxanalarına satılır.
Araşdırmalara görə, eşşək südü aşağı yağ səviyyəsi və omeqa yağ turşuları ilə xolestrolun azaldılasına yardım edir. Bu südün tərkibində həmçinin yüksək səviyyədə kalsium və xüsusilə uşaqlar üçün çox əhəmiyyətli olan bəzi fermentlər var.
Qeyd edək ki, XIX əsrin ortalarına qədər İngiltərədə eşşək südü ana südünün əvəzləyicisi kimi satılırdı.
Eşşək südündə şəfa
Eşşək südü aşağı yağ səvyyəsi və omeqa yağ turşuları ilə xolestrolun azaldılasına yardım edir




Şərhlər