Zəlimxan Yaqub: Müayinənin nəticəsi yaxşı çıxdı
18 İyul 2012 Çərşənbə 22:42
Almaniyada müalicə alan xalq şairi Zəlimxan Yaqub səhhəti ilə bağlı ANS-ə danışıb.
Almaniyada müalicə alan xalq şairi Zəlimxan Yaqub səhhəti ilə bağlı ANS-ə danışıb. O, tezliklə Bakıya dönəcəyini bildirib.

“Həkimlər baxdılar, yoxladılar, aparata saldılar. Müayinənin nəticəsi yaxşı çıxdı, müalicə yaxşılığa doğru gedir. Müalicə kursunu davam elətdirirəm. 3-4 günə Bakıya qayıdırıq”, deyə Xalq şairi bildirib.

Onun sözlərinə görə, növbəti dəfə müalicəyə oktyabrın 8-i gələcək: “3 aydan bir, 6 aydan bir yoxlayacaqlar. Burada mənim həkimlərim çox qənaətbəxş fikir söylədilər. Həkimim Allah hökmündə bir adamdır və mən onun nəzarətindəyəm. Allah qoysa hər şey yaxşı olmalıdır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar