Zaur Qurbanlı ev dustağı ola bilmedi
25 İyul 2013 Cümə Axşamı 17:45
Nida Vetendaş Herekatının üzvü Zaur Qurbanlının apellyasiya şikayeti temin edilmedi.
Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Z. Qurbanlının ev dustaqlığına buraxılması barədə vəsatətlə Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar