Yüksək temperaturda açıq havada iş dayandırılmalıdır
14 Avqust 2012 Çərşənbə Axşamı 12:33
Azərbaycanda mövcud əmək qanunvericiliyinə görə, havanın temperaturu +41 dərəcədən yüksək olanda açıq yerlərdə, o cümlədən tikintidə iş dayandırılmalıdır.
Qapalı yerlərdə isə sərinləşdirici hava qurğuları və içkilər verilməlidir.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. Onun sözlərinə görə, qanuna əsasən, bu qaydaya Əmək Müfəttişliyi nəzarət etməlidir. Əgər müəssisədə həmkarlar təşkilatları da varsa, buna həmkarlar da nəzarət edir: «Əgər hansısa açıq iş yerlərində bu temperaturda da işlər davam edirsə, onlar dayandırılmalıdır».


DOSTLARINLA PAYLAŞ:

oyunlar