Yollarda hərəkət edən avtomobillərin sayı
07 Mart 2013 Cümə Axşamı 19:12
Nəqliyyatın hərəkətinin ən sıx olduğu məkan Heydər Əliyev prospektidir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərinin mərkəzi yollarında hərəkət edən avtomobillərin sayını açıqlayıb.
Hərəkətin ən sıx olduğu Heydər Əliyev prospektində əsas yolun şərq istiqamətində 1160469, qərb istiqamətində 1108541 , kənar yolun şərq istiqamətində 920486, qərb istiqamətində isə, daha çox 1199730 nəqliyyat vasitəsi qeydə alınıb.

Paytaxtın ən böyük prospektlərindən biri - Azadlıq prospektində isə bu rəqəm 1147453 avtomobil olub. Nobel prospektinin şərq istiqamətində 995992, qərb istiqamətində daha çox 1073890 avtomobil hərəkət edib. Babək prospektinin şərq istiqamətində 1052114 qərbində isə 1324521 nəqliyyat vasitəsi qeydə alınıb.

Bakı-Sumqayıt şosesinin cənub istiqamətində isə 1679830 avtomobilin hərəkəti müşahidə olunub. Paytaxtın prospektləri ilə yanaşı, küçələrində də nəqliyyat vasitələrinin hərəkəti qeyd
edilib. Belə ki, Bakıxanov küçəsinin şərq istiqamətində 1321657, qərbdə isə 1167459 avtomobil qeydə alınıb.

Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ildə fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması istiqamət işlər aparmaqdır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar