Yol polisinden şikayet eden sürücü hebs edildi
16 Avqust 2013 Cümə 10:17
Onun baresinde 15 sutkalıq hebs qerarı çıxarılıb.
Bir neçə gün əvvəl Amil Məmmədov yol polisi tərəfindən döyüldüyünü bildirmişdi.

Məlumata görə, avqustun 3-ü, saat 13:00 radələrində “VAZ-21015” markalı, 90 KS 195 dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu dairəsindən Mərdəkan istiqamətinə hərəkət edərkən yolun hava limanı ərazisindən keçən hissəsində onu üç Dövlət Yol Polisi ekipajı saxlayıb. Sürücü Məmmədov Amil Fəqani oğlundan avtomaşından düşməsini tələb etdikdə sürücü səbəbini soruşub. Bu zaman onu zor tətbiq edərək maşından düşürüb döyməyə başlayıblar. S.A.Məmmədov məsələ ilə bağlı aidiyyəti rayon üzrə prokurorluğa müraciət edib.

Bu hadisə ilə bağlı yol polisinin şikayəti əsasında işə isə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmədən verilən məlumata görə, A.Məmmədovun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb. O, xuliqanlıq maddəsi ilə ittiham edilib.












DOSTLARINLA PAYLAŞ:

oyunlar