Yol polisi reydlere başladı
01 May 2013 Çərşənbə 07:20
Yol polisi reydlere başladı. Bu dəfə tibb çantaları yoxlanılır.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi paytaxtın müxtəlif küçələrində tibb çatnası ilə bağlı reydlərə başlayıb. Bu barədə ANS PRESS-ə BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, reydlər zamanı avtomobillərin 50-60 faizində tibb çatnasının olmadığı aşkarlınıb və müvafıiq cərimələr tətbiq edilib. Şöbə rəisi reydlərin bir neçə gün də davam edəcəyini söyləyib. Bununla bağlı cərimələrin məbləğinin aracağı da istisna edilmir.

Qeyd edək ki, yol qəzaları zamanı tibb çantalarının yoxluğuna görə, bəzən yaralılara vaxtında ilkin tibbi yardım göstərilmədiyindən onların həyatını xilas etmək də çətin olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar