Yaşar Cəfərlinin döyülməsi ilə bağlı açıqlama
04 Aprel 2013 Cümə Axşamı 12:01
Hazırda Yaşar Cəfərlinin döyülməsi ilə bağlı araşdırma aparıldığı bildirilir.
Müdafiə Nazirliyi “Ehtiyatda və İstefada olan Zabitlər” Birliyinin rəhbəri Yaşar Cəfərlinin döyülməsinə münasibət bildirib.
Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu “Qafqazinfo”ya açıqlamasında Yaşar Cəfərlinin döyülməsindən xəbərdar olduqlarını bildirib. Nazirliyin sözçüsü hadisənin hansı zəmində baş verdiyi hələlik müəyyən edilmədiyinə görə, bu baradə konkret fikir deməyin tez olduğunu qeyd edib:
“Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Biz də maraqlıyıq ki, hüquq-mühafizə orqanları hadisənin düzgün qiymətini versin. Bundan sonra mahiyyəti baradə nəsə söyləyə bilərik”.
E. Sabiroğlu onu da da əlavə edib ki, indi hansısa mülahizənin üzərində dayanıb onu həqiqət kimi qəbul etmək və vəziyyətdən yararlanmaqla ictimai diqqəti özünə cəlb etmək doğru yanaşma deyil və hüquq bu yolu inkar edir.
Qeyd edək ki, “Ehtiyatda və İstefada olan Zabitlər” Birlyinin rəhbəri Yaşar Cəfərli aprelin 2-də saat 21:30-da fiziki hücuma məruz qalıb. O, baş vermiş hadisədə Müdafiə Nazirliyini ittiham edib: “Müdafiə Nazirliyi və şəxsən nazir Səfər Əbiyevi ciddi tənqid etdiyim üçün hücumu nazir Səfər Əbiyev təşkil edə bilər”.
DOSTLARINLA PAYLAŞ: