Ölkə

Yanvarda Azərbaycana 7 mindən çox avtomobil gətirilib

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan maşınların sayını açıqlayıb.

· Xəbərçi
Yanvarda Azərbaycana 7 mindən çox avtomobil gətirilib
Bu ilin yanvar ayında Azərbaycana xaricdən 7 129 avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bunlardan 94-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 6 497-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 452-si yük avtomobilləri, 86-sı xüsusi təyinatlı avtomobillər olub.

Şərhlər