Xəzərin 19 metr dərinliyində meydança tikilir
23 İyul 2013 Çərşənbə Axşamı 00:41
“Neft Daşları”nda yenidən qurma və təmir işləri uğurla davam edir.
“Neft Daşları” yatağı üçün blok tipli 1954A saylı estakadayanı meydançanın tikintisi davam etdirilir. ANS PRESS ARDNŞ-ə istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan meydançanın baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 19 metr dərinliyində yerləşdiriləcək. Meydança ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 4 yanalma meydançası, 2 minik meydançası, yükqaldırma qabiliyyəti 13,5 ton olan kran və digər zəruri avadanlıqlarla təchiz olunacaqdır.

Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə meydançada 3 ədəd dizel elektrik aqreqatı, eləcə də quyularda geofiziki işlərin aparılması üçün dizel karotaj qaldırıcısı və karotaj stansiyası quraşdırılacaq. Ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar