Ölkə

Xalide Xalid ve Şamxal Hüseynov Bakıya qayıtdı

Bu gün Tehran-Bakı teyyaresi ile qayıdan Xalide Xalid ve Şamxal Hüseynov jurnalistlərə açıqlama vermeyib.

· Xəbərçi
Xalide Xalid ve Şamxal Hüseynov Bakıya qayıtdı
İran İslam Respublikasında həbs edilən Azərbaycan vətəndaşları Xalide Xalid və onun sürücüsü Şamxal Hüseynov Bakıya qayıdıblar. APA-nın xəbərinə görə, onlar bu gün Tehran-Bakı təyyarəsi ilə Bakıya dönüblər. Xalide Xalid və Şamxal Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verməyiblər.

Qeyd edək ki, Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib. Xalide Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.

Şərhlər