Vətəndaşların gəlirləri artıb
16 Aprel 2013 Çərşənbə Axşamı 16:52
Hər nəfərə düşən gəlirin həcmi 278,8 manat təşkil edib.
Bu ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 836,4 manat və ya ayda 278,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,3 faiz bəndi üstələyərək 4,5 faiz olub.

Gəlirlərin 70,8 faizi son istehlaka, 9,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 17,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 7,0 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 5,5 faiz artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar