Vergiler Nazirliyinde yenilik
25 İyul 2013 Cümə Axşamı 12:16
2013-cü ilin may ayında Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi yaradılıb.
Vergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin daha da təkmilləşdirilməsi və yüksək təhlükəsizlik tələblərinə cavab verən “Asan İmza SİM kartı” üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxlərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayında Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılıb.

Nazirliyin analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, POS-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanıb.

Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İistifadəçi kodu, Parol, Şifrədən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatlarla bağlı sənədlərin imzalanması üçün “Asan İmzanın (Mobil İmzanın)” tətbiqinin zəruriliyini nəzərə alaraq, nazirliyin müvafiq əmrinə əsasən, ƏDV ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətlərdən istifadə 01 sentyabr 2013-cü il tarixdən etibarən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcək.

Yaxın gələcəkdə Vergilər Nazirliyinin elektron xidmətlərindən digər sertifikat xidmətləri mərkəzləri tərəfindən verilmiş elektron imzalar vasitəsilə də istifadə imkanının yaradılması nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar