Vergidən yayınan taksi sürücüləri cəzalandırılır
29 İyul 2012 Bazar 17:33
“Regionalnəqliyyat” MMC Tovuz, Ağstafa və Qazaxda nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşınmalarına görə ödənilən vergilərə nəzarət edir.
Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” departamentinin 11 saylı “Regionalnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Tovuz, Ağstafa və Qazax rayonlarında nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşınmalarına görə ödənilən vergilərə nəzarət edir.
MMC-dən AzərTAc-a bildiriblər ki, yanvar-iyun aylarında müəssisə tərəfindən nəqliyyat xidməti göstərən 3898 ədəd minik və yük maşını qeydiyyata alınıb və onlara fərqlənmə nişanı verilib. Bunun müqabilində büdcəyə 48 min 890 manat vəsait ödənilib.

Məhdud Məsuliyyətli Cəmiyyətin əsas problemi taksi və yük daşıyan fiziki şəxslərin vergi ödəmələrindən yayınmasıdır. Vergidən yayınan nəqliyyat vasitələrinin sahiblərinə yarımildə 147 cərimə aktı tərtib olunaraq Vergilər Nazirliyinin 14 saylı ərazi vergilər idarəsinə və müvafiq icra hakimiyyəti orqanlarına göndərilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar