Uçmaq təhlükəsi ilə üzləşən magistral körpü
25 Mart 2013 Bazar Ertəsi 20:00
Müxtəlif çöküntülər körpüdə təhlükə riskini artırır.
Ələt-Astara magistralının 152-ci km-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində eyniadlı çayın üzərində yerləşən körpüdən iri tutumlu yük avtomobilinin keçməsi artıq burada da müxtəlif ərazilərdə iri çöküntülərin yaranmasına səbəb olub.

1966-cı ildə inşa olunmuş körpünün uzunluğu 37 metr olmaqla 2 aşırımdan ibarətdir. Körpü tikilən zaman burada piyada keçidi nəzərə alınmasa da, 90-cı illərdə dəmir kanstruksiyadan ibarət kiçik piyada keçidi inşa olunub. Hazırda piyada keçidindəki dəmirlərin kefiyyətsiz olması piyadalar üçün təhlükə riskini artırır.

Körpü inşa olunan zaman avtomobilin hər oxuna düşən yükün həcmi 5 ton kimi olmasına hesablansa da, indi buradan hər gün onlarla iri qabaritli yük abtomobilləri keçir. Bu körpüdə müxtəlif çöküntülərin yaranmasına gətirib çıxarır.

Artıq müvafiq dövlət qurumlarının mühəndisləri körpüyə baxış keçiriblər. Yaxın günlərdə körpünün əsaslı təmir və ya yenidən qurulması ilə bağlı qərar veriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar