Ölkə

Turqut Qəmbər prokurorluğa çağırıldı

“Nida” fəalı Turqut Qəmbər bu gün ifadə verəcək.

· Xəbərçi
Turqut Qəmbər prokurorluğa çağırıldı
“Nida” vətəndaş hərəkatı İdarə Heyətinin daha bir üzvü - Turqut Qəmbər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Turqut Qəmbər hesab edir ki, prokurorluğa çağırılması əvvəllər həbs edilən “Nida” fəalları ilə ilə bağlıdır. O, bu gün saat 09.30-da prokurorluqda olmalıdır. Turqut Qəmbəri vəkil Osman Kazımov müşayiət edəcək.

Qeyd edək ki, Turqut Qəmbər Müsavat başqanı İsa Qəmbərin oğludur.

Xatırladaq ki, martın 7-dən indiyədək “Nida”nın yeddi üzvü saxlanılıb. Onlar partlayıcı maddə saxlamaqda şübhəli bilinirlər. Saxlanılanlardan bəzilərinə narkotik saxlanılması ittihamı da irəli sürülüb.

Şərhlər