Qırğızıstanın cənubundakı Oş vilayətinin Nokat rayonunda doğulan təpəgöz çəpiş görənlərin təəccübünə səbəb olur. Çəpişin sahibi Məhyəddin Coroyev ilk dəfə belə bir heyvana təsadüf etdiyini və çox təəccübləndiyini bildirib.
Qeyd edək ki, səhhətində heç bir problemi olmayan çəpişin başın bir iri gözü var. Məlumata görə bu, iki gözün birləşməsindən meydana gələn tək böyük gözdür. Çəpişin iki böyük, 4 kiçik qulağı var. Böyük dişləri olan və dili bayıra çıxan heyvanın burnunun sadəcə bir deşiyi var.