Ölkə

Telebeler üçün arxeoloji düşerge teşkil edilib

Qəbələdəki arxeoloji düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edib.

· Xəbərçi
Telebeler üçün arxeoloji düşerge teşkil edilib
Gənclər və İdman Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunda arxeoloji düşərgə yaradılıb. ANS PRESS Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, arxeoloji düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edib. Tələbələr arxeoloji qazıntılarda yaxından iştirak edib, qazıntı sahələrinin seçilməsi, qazıntıların planlaşdırılması, arxeoloji materialların sənədləşdirilməsi kimi işlərdə təcrübə toplayıblar.

Tələbələrin iştirakı ilə qədim Qəbələ şəhərinin yeri olan Səlbir sahəsində X-XI əsrlərə aid ictimai bina qalıqları, məişət tikililəri, qəbirlər aşkar edilib.

Bir həftə davam edən düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları verilib.

Şərhlər