Təhlükəsizlik və müdafiə sektoru 69 itki verib
13 Sentyabr 2013 Cümə 21:15
Onlardan 9 nəfər erməni gülləsi, 60-ı isə qeyri-döyüş itkiləridir.
2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 69 nəfər təşkil edib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrində belə deyilir.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli ötən müddətdə 74 nəfərin yaralandığını və ya xəsarət aldığını deyib. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni gülləsi), 60-ı isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 12 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar edib. Dünyasını dəyişənlərin 54-ü Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (74 nəfər) C.Sümərinli bildirdi ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 8-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 40-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 51 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
DOSTLARINLA PAYLAŞ: