Tanınmış müğənnini ölümə aparan Alın Yazısı
12 Fevral 2013 Çərşənbə Axşamı 05:48
Lalə Dadaşova heç yerdə açıqlamadığı faktları ilk dəfə "Alın yazısı"nın tamaşaçıları ilə bölüşəcək.
ANS TV-də “Alın Yazısı” layihəsinin növbəti – bu günkü buraxılışında bir zamanlar çoxlarının sevimli müğənnisi olmuş Elçin Cəlilovun həyatı və faciəli ölümü haqqında danışılacaq. Verilişdə E.Cəlilovun müəllimi xanəndə Arif Babayevin, Mahnı Teatrının bədii rəhbəri Kamil Vəzirovun, bəstəkar Xanim İsmayılqızının, müğənni Səbinə İlyasovanın fikirləri ilə tanış olacaqsınız. Həmçinin müğənninin qohumları, o cümlədən həyat yoldaşı müğənni Lalə Dadaşova da bu günə kimi heç yerdə açıqlamadığı faktları ilk dəfə "Alın yazısı"nın tamaşaçıları ilə bölüşəcək. Bundan başqa diqqətli tamaşaçılar müğənninini ölümə aparan, onu narkoman olmaq dərəcəsinə çatdıram sənət adamının şəxsiyyətini də öyrənə biləcək.

“Alın Yazısı” Şəbnəm Xeyrullanın təqdimatında bu axşam saat 20.00-də ANS-in efirində yayımlanacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar