Tağı Əhmədovun nəvəsi də bu il tələbə adını qazandı
21 Avqust 2013 Çərşənbə 23:02
Tanınmışlardan kimin övladı tələbə olub?
Bu il tələbə adını qazanmaqla ailəsini və yaxınlarını sevindirən minlərlə abituriyentlər oldu. Onların arasında tanınmışların övladları da var. Bəs onlar kimdir, hansı universitetləri qazanıblar?

Bakı Metropolitenin rəisi Tağı Əhmədovun ailəsi də tələbəlik sevinci yaşan ailələrin arasındadır. Bakı Metropolitenin rəisinin nəvəsi də bu il tələbə adını qazananlar arasındadır. Öyrəndiyimiz məlumata görə, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olub. Bildiyimizə görə, Metropoliten rəisinin xanımı Salatın Əhmədli də Memarlıq və İnşaat Universitetində kafedra müdiridir.

Aldığımız məlumata görə, Bakı Dövlət Universitetinin Sosial məsələlər tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix elmləri namizədi Sani Hacıyevin qızı da "Kitabxanaçılıq-infortmasiya" üzrə təhsil alacaq.

Ailəsində tələbəlik sevinci yaşayanların arasında tanınmış media kapitanları da var.
Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlunun oğlu Türkiyənin Sakarya Universitetinə daxil olub. TRT Turk-ün əməkdaşı Könül Şamilqızının qızı və Musavat.com-un redaktoru Xalid Kazımlının qızı Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olublar.

Mediaforum.az saytının redaktoru, tanınmış jurnalist Hikmət Sabiroğlunun və “İTV”nin tanınmış aparıcısı Vəsilə Vahidqızının da evində tələbə sevinci yaşanır. Onların oğlan övladı da Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Lent.az xəbər portalının redaktoru, tanınmış jurnalist Səbuhi Məmmədlinin oğlu da ali məktəblərə daxil olan tələbələrin arasındadır. O, İstanbul Universitetində təhsil alacaq.

Bütün tələbə adı qazananları təbrik edirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar