Tağı Əhmədov: Tikinti üçün boş yerlər yoxdur
30 Mart 2013 Şənbə 15:18
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov gələn il üç stansiyanın istifadəyə veriləcəyini açıqlayıb.
“Gələn il "Avtovağzal" və "Memar Əcəmi-2" və “Azadlıq” stansiyaları istifadəyə veriləcək”. Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Metropoliten rəisi yeni stansiyaların tikintisi zamanı köçürmələrin çox olması ilə bağlı çətinliklər yarandığını deyib:

"Tikinti üçün boş yerlər yoxdur. İstər-istəməz köçürmələr olmalıdır. Bununla əlaqədar uzunmüddətli danışıqlar aparılır. İşlər hətta məhkəmələrə düşür. Həmin insanlar birmənalı başa düşməlidir ki, tikilən stansiyalar cəmiyyət və respublikanın gələcəyi üçündür".

Onun sözlərinə görə, “Azadlıq”, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının bu il təhvil verilməsi nəzərdə tutulsa da, kommunikasiya problemləri və gecikmələrlə əlaqədar bu mümkün olmayıb. Həmin stansiyaların gələn il istifadəyə verilməsi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar