Sürüşmə zonalarında aktivlik artıb
07 Mart 2013 Cümə Axşamı 12:01
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə və uçqun sahələrində aparılan monitorinqlərin nəticələri açıqlayıb.
Respublikanın avtomobil yollarındakı sürüşmə sahələrində aktivlik artıb. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın sürüşmə və uçqun sahələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Monitorinqin nəticələrinə əsasən, Abşeron yarımadasındakı sürüşmə sahələrində o qədər də aktivlik müşahidə olunmur. Yalnız Zığ sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb.

Respublikanın avtomobil yollarındakı sürüşmə sahələrində isə aktivlik artıb. Bakı-Şamaxı avtomobil yolunun 104-111-ci km-də aktivlik artıb. Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu km-də də aktivləşmə var. Bu yolda uçqun sahələri də aktivləşib, yeni daş uçqunları əmələ gəlib. Həmin yolun hər 2-3 kilometrindən bir 11-12 sürüşmə-uçqun sahəsi mövcuddur.

Ağsu aşırımında mövcud olan 20-dək sürüşmə sahəsinin hamısında aktivlik müşahidə olunub. O cümlədən, Muğanlı-İsmayıllı yolunun 2-11-ci km-dəki sürüşmə sahəsində də aktivlik müşahidə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar