Süd, yumurta, kartof bahalaşıb
08 Yanvar 2013 Çərşənbə Axşamı 10:11
Ötən ay ərzaq məhsullarında 1,3 faiz bahalaşma olub
2012-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, vermişelin, hind toyuğunun, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşıb.

Bahalaşma ilə yanaşı dekabr ayında qarabaşaq yarmasının, toyuq ətinin, kərə yağının, günəbaxan yağının, şəkər tozunun, naringinin, kələmin, çuğundurun, kökün, soğanın qiymətlərində ucuzlaşma da müşahidə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar