Soydaşlarımız üçün daha bir ağır çətinlik
06 Dekabr 2012 Cümə Axşamı 00:51
Yeni qanunvericilik yaradıcılığı sadə insanları çətin vəziyyətə salıb
“Miqrasiya haqqında” qanuna edilən dəyişikliklər Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir sıra çətinliklər yaradıb. Belə ki, bir aydan çox Azərbaycanda qalan və qeydiyyata düşməyən Gürcüstan vətəndaşları 401 manat məbləğində cərimə olunur. Bu isə Azərbaycana gələn vətəndaşlar üçün böyük problemlər yaradıb.

ANS-in məlumatına görə, Gürcüstanla Azərbaycan arasındakı “Sınıq körpü” sərhəd keçid məntəqəsində Gürcüstana getmək istəyən soydaşlarımız bu cür qərarın verilməsindən xəbərsiz olduqlarını və bu qərarın onların işini daha da çətinləşdirdiyni deyirlər. Onların dediyinə görə, əgər bir ailənin 5 üzvü 28 gündən çox Azərbaycan ərazisində qalarsa, onlar 2005 manat ödəməlidir, bu isə onların imkanı xariсindədir.

Buna görə də Gürcüstan palamentində “Gürcü Arzusu” blokunun deputatı Azər Məmmədov hesab edir ki, Gürcüstan azərbaycanlıları üçün “Miqrasiya haqqında” qanunu yumşaltmaq lazımdır. Azər Məmmədovun sözlərinə görə, Gürcüstandan Azərbaycana səfər edənlərin əksəriyyəti ya iş dalınca, ya da yaxınları ilə görüşmək üçün gəlir. Tətbiq edilən cərimə isə gürcüstanlı azərbaycanlılar üçün çox böyükdür.

“Azərbaycan dövləti bu qanunu ləğv eləsə, yaxşı olardı. Gürcüstanda varlı azərbaycanlılar azdır, qanun əksəriyyət üçün çətinlik yaradır. Hamının Azərbaycanda qohumu yaşayır. Niyə bir ay vaxt verilməlidr? Bu, düzgün deyil. Əvvəllər cərimə nəzərdə tulmurdu. Bu 401 manat (820 lari) Gürcüstanda azərbaycanlılar üçün böyük puldur. Elə ailə var ki, 820 lariyə 4 ay işləyir”,- deyə Azər Məmmədov vurğulayıb.

Artıq 100-dən çox adam 401 manat məbləğində cərimələnib. Dövlət Miqrasiya Xidmətindən ANS-ə verilən məlumata görə, “Miqrasiya haqqında” qanuna edilən dəyişikliklərdən sonra qanunu icrasına o qədər də ciddi yanaşılmayıb. Lakin Miqrasiya Xidmətində rəhbərlik dəyişməsindən sonra qanunun icrası sərtləşdirilib. Həmçinin, buna qədər «Miqrasiya haqqında» qanuna görə, xarici ölkə əvətndaşları 90 gün ərzində Azərbaycanı tərk etməli idilər. Yeni qanunda isə bu rəqəm 28-ə endirilib.

Qeyd edək ki, Türkiyə Gürjüstan vətəndaşlarına qarşı daha yumşaq rejim tətbiq edir. İstənilən Gürcüstan vətəndaşı şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedərək 3 ay qala bilər. Vaxt keçdikdə isə onlar üçün tətbiq edilən cərimə daha aşağıdır, 100 dollardan az. Özü də Gürcüstan vətəndaşının həmin cəriməni Türkiyəyə təkrar dönüş zamanı ödəmək imkanı da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar