Smart tipli qaz kartları problem yaradır
02 Aprel 2013 Çərşənbə Axşamı 18:50
Ölkə əhalisinin 700 minindən çoxu “Smart” tipli qaz sayğacından istifadə edir.

Ölkə əhalisinin 700 mindən çoxu Smart tipli qaz sayğacından istifadə edir. “Smart” karta qaz istifadəsi üçün müəyyən məbləğ yüklənilir, amma sayğaca kartı salanda onun boş olduğu məlum olur. Belə olan halda abonent hara və kimə müraciət edəcəyini bilmir. Qısası, əlinlə karta yüklədiyin pulun dalınca ayağınla yol ölçməlisən ki, itirilən məbləği bərpa etmək mümkün olsun.

“Smart” kartın abonentə yaşatdığı daha bir problem kartın balansında ehtiyat məbləğ varsa, ora yeni məbləğin yüklənməsinin mümkün olmamasıdır. 2006-ci ildən “Smart” kart tipli sayğacların tətbiqinə başlayan Azəriqaz İstehsalat Birliyində bu problemlərin qaynaqlandığı mənbələri sadaladılar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar