Şirkət rəhbərindən 250 minlik cinayət
22 May 2014 Cümə Axşamı 15:59
Mirdamət Əsgərovun krediti təyinatı üzrə istifadə etməyib.
Azərbaycanda şirkət rəhbəri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun qanunsuzluqlara yol verməsi barədə “Muğanbank” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “İ.R.” MMC-nin direktoru Mirdamət Əsgərovun qulluq mövqeyindən istifadə etməklə “Muğanbank” ASC tərəfindən verilmiş 250 min ABŞ dolları məbləğində krediti təyinatı üzrə istifadə etməyərək israf etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar