Silahlı Qüvvələrimizə 57 milyon manatlıq yardım
02 Sentyabr 2014 Çərşənbə Axşamı 12:37
Yardım Fondunun hesabına 57 154 936 manat vəsait köçürülüb
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb.

ANS PRESS-in Müdafiə Nazirliyindən aldığı məlumata görə, 1 sentyabr 2014-cü il tarixinə kimi Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 57 154 936 manat, 211 791 ABŞ dolları, 593 avro vəsait köçürülüb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar