Şeyxdən axund və mollalara xəbərdarlıq
14 Mart 2013 Cümə Axşamı 08:02
Xütbə nümunələrindən ibarət dini kitabın təqdimatı olub.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Dini İşlər üzrə Dövlət Komitəsi ilə birlikdə hazırladığı, ilk dəfə nəşr olunan “Axund və imamlar üçün xütbə nümunələri” adlı kitabı təqdim edilib. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə kitabda toplanan 52 xütbə nümunəsinin müasir dövrün din xadimlərinin dini və dünyəvi biliklərə yiyələnməsi, həmçinin insanlara vətən sevgisinin daha yüksək səviyyədə aşılanmasına hesablandığını qeyd edib.

Şeyx kitabın təqdimatı zamanı, məscidlərdə oxunan moizələrlə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinə çoxsaylı şikayətlər daxil olduğunu da bildirib. Hacı Allahşükür Paşazadə həmin axund və mollaların, əsasən, Bakı İslam Universitetinin məzunları olduğunu bildirib, bu səbəbdən məscidlərə axund və molların seçiminə daha çox diqqət ayrılacağı barədə xəbərdarlıq edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar