Seyavuş Aslan ile vida merasimi Azdramada olacaq
27 İyun 2013 Cümə Axşamı 10:45
Xalq artisti Seyavuş Aslan harada defn olunacaq hele melum deyil.
Bu gecə dünyasını dəyişən xalq artisti Səyavuş Aslanla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vida mərasimi saat 13:00-da başlayacaq, 15:00-dək davam edəcək. Xalq artistinin II Fəxri Xiyabanda dəfn olunması ehtimal edilir. Lakin hələlik bu barədə qərar verilməyib.

Qeyd edək ki, bu səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Həkimlər gəlincə o, dünyasını dəyişib.

Səyavuş Aslanın oğlu Çingiz Aslanın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hazırda Siyavuş Aslanın meyiti yuyulmaq üçün məscidə aparılıb.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar