Sərhəd Qoşunlarının rəhbərləri Bakıya yığışır
01 İyul 2013 Bazar Ertəsi 11:46
Sentyabrın 10-da Bakıda MDB ölkələri Sərhəd Qoşunlarının rəhbərləri Şurasının iclası olacaq.
MDB ölkələri Sərhəd Qoşunlarının rəhbərləri Bakıda toplanacaqlar. MDB ölkələri Sərhəd Qoşunlarının rəhbərləri Şurasının iclası sentyabrın 10-da Bakıda baş tutacaq. Trend-in məlumatına görə, bu barədə məlumat bazar ertəsi təşkilatın İcraçı Katibliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Şuranın növbəti iclasında hərbi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, MDB iştirakçı ölkələrinin razılaşdırılmış sərhəd siyasətinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar