Selim Müslümov pensiyaçıların derdlerini dinleyib
11 Sentyabr 2013 Çərşənbə 11:48
Dövlet Sosial Müdafie Fondu DSMF sedri Selim Müslümov Masallıda 7 rayonun sakinlerini qebul edib.
Bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Masallıda 7 rayonun sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəbul fondun Masallı rayon Sosial Müdafiə Fondunun inzibati binasında baş tutub. Masallı, Lənkəran, Lerik, Yardımlı, Astara, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşların qəbula xüsusi ayrılmış nəqliyyatla gətirilməsi təmin edilib.
Müraciətlərin bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə fondun vəzifəli şəxslərinə göstərişlər verilib.
Vətəndaşlar pensiyaların hesablanmasının bir sıra hüquqi aspektləri, güzəştli şərtlərlə əmək pensiyalarının təyin olunması və digər məsələlərlə bağlı müraciət edib. Müraciətlərin bir qismi də məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.
DOSTLARINLA PAYLAŞ: