DSMF sədri Selim Müslümov Gəncə şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 12 iyun tarixdə, saat 10.00-da DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, qəbulda iştirak etmək üçün iyunun 12-də Yevlax və Naftalan şəhər, Daşkəsən və Goranboy rayon sakinlərinin səhər saat 08.00-da, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaq.
Qəbula yazılmaq və əlavə məlumat almaq üçün
[email protected] elektron poçt ünvanı, habelə Fondun Aparatında (012)-434-12-34 nömrəli, Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsində isə 022-255-15-52 nömrəli telefonla əlaqə saxlamaq olar.