Şəkili gənclərin xeyirxah aksiyası
20 İyul 2013 Şənbə 02:09
Şəhər İnternat Məktəbində ailə qayğısından məhrum olmuş uşaqlar üçün böyük şənlik proqramı təşkil olunacaq.
Şəki Regional Debat Mərkəzi müqəddəs ramazan ayı münasibətilə xeyriyyə kampaniyası başladıb. Mərkəzdən ANS PRESS-ə daxil olan məlumata görə, kampaniyanın əsas hədəfi Şəki Şəhər Qarışıq tipli İnternat Məktəbində ailə qayğısından məhrum olmuş uşaqlar üçün ramazan bayramı günü böyük şənlik proqramının təşkil olunmasıdır.

Qeyd edək ki, proqramda uşaqlar üçün yemək, əyləncə, habelə onlara müxtəlif hədiyyələrin verilməsi nəzərdə tutulub.

“BİR ŞEYİ UNUTMAYAQ! BİZ DƏ ONLARIN YERİNDƏ OLA BİLƏRİK!” devizi ilə keçirilən kampaniyaya dəstək vermək istəyənlər mərkəzin sosial şəbəkədəki səhifəsinə müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar