Tədbir rəsmi və qeyri rəsmi hissədən ibarət oldu. Rəsmi hissədə gənclərin artıq 3 ildir bu cür tədbirlərini maraqla qarşılayan uşaqları Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy təbrik etdi.
Daha sonra tədbirin əyləncəli hissəsi başlayıb. Bu hissədə uşaqlar müxtəlif rəqslər, oyunlar oynayıb və hədiyyələr qazanıblar. Onlar üçün body art (bədən üzərində rəsmlər) də gənc rəssamlar tərəfindən həyata keçirildi.
Tədbirdə müxtəlif yaş qruplarından olan uşaqlar olduğu üçün hər bir uşağa mikrofondan çıxış etmək imkanı yaradıldı ki, bu da onlara bayram günü xüsusi sevinc yaşatdı. Uşaqlar həmçinin mərkəzin aldığı şirniyyat və çərəzlərə də qonaq oldular. Tədbir boyu gözləri daim yollarda qalan bu kimsəsiz uşaqlar gənclərlə birlikdə bolluca əyləndilər, oynadılar.
Sonda bütün uşaqlar birlikdə bayram tortunu kəsdilər.
Qeyd edək ki, tədbirin keçirilməsində ayrı-ayrı şirkətlər və fərdi şəxslər öz yardımlarını əsirgəməyiblər.














Şərhlər